Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası

16 mart 2023 | 16:04

16 mart 2023-cü il tarixdə Masallı rayon Göyəçöl kəndinin ərazisində Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirib.

Aksiyada Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanları, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, eləcə də partiya fəalları iştirak ediblər.

“Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyasının keçirilməsinin məqsədi Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələrini, irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdir. Dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Aksiyada təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün sözügedən ərazidə iqlimə uyğun 200 ədəd Eldar şamı və Dəmirağac əkilib, yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilib və suvarılıb.

Keçidlər