Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Heydər Əliyev İli” çərçivəsində gənclərin ekskursiyası təşkil edilib

17 yanvar 2023 | 16:07

      17 yanvar 2023-cü il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin, “Masallı Gənclər evi” SXM-nin, Heydər Əliyev Mərkəzinin və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində bir qrup gəncin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilmişdir.

     Ekskursiya zamanı gənclərə dünyaşöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotolar, arxiv sənədlərinin surətləri, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir.

    Ekskursiya zamanı gənclər Ulu Öndərin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən eksponat, fotostend, kitablarla tanış olublar.

   Diqqətə çatdırılıb ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin həyat yolu hər bir azərbaycanlı üçün əsl örnək təşkil edir.

Keçidlər