Masallıda “Heydər Əliyev irsinin öyrənilməsi” adlı tədbir
24 yanvar 2023-ci il tarixdə Masallı rayon Mərkəzi Kitabxanasında Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Masallı Təhsil sektrounun və Masallı rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd gənc nəsillərə ümummilli lider Heydər Əliyev irsinin təblğ olunması,vətənpərvərlik hissinin aşılanması və bədii kitabların oxunması olmuşdur.
Tədbirdə Səməd Vurğun adına Türkoba, Ərzuman İsmayılov adına Yeyənkənd və Elşad Ağayev adına Hişkədərə kənd orta məktəblərinin 6-11-ci sinif şagirdləri iştirak ediblər.
Tədbir Ulu öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılmışdır.
Tədbirdə ilk çıxış edən Masallı rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Nahid Həsənov çıxışında bildirib ki, Azərbaycan Xalqının Ümummilli Lideri, böyük şəxsiyyət və dövlət xadimi Heydər Əlirza oğlu Əliyev gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasını gənclərin tərbiyəsinə cavabdehlik daşıyan bütün qurumların, xüsusilə də təhsil işçilərinin qarşısında ən mühüm vəzifə kimi qoymuşdur. Qeyd olunub ki, Ulu öndər müxtəlif tədbirlərdə, gənclərlə, müəllimlərlə, ziyalılarla çoxsaylı görüşlərində bu məsələyə dönə-dönə toxunaraq öz müdrik məsləhət, tövsiyə və tapşırıqlarını vermişdir.
Sonra Lənkəran-Astara Regional Təhsil İdarəsi Masallı Təhsil sektorunun metodisti Nazim İsrafilov və Mərkəzi Kitabxananın direktor əvəzi Zamin Məmmədov bu qəbildən olan tədbirlərin məktəblilərin yetkin bir vətəndaş kimi formalaşmasına müsbət təsir göstərdiyini bildiriblər.
Tədbirdə şagirdlərə istəklərinə uyğun kitablar paylanılıb və onlar bu kitablardan bəzilərinə abunə yazılıblar.
Tədbirin sonunda xatirə şəkli çəkilib.