Masallıda “Heydər Əliyev və Azərbaycan” mövzusunda konfrans
10 may 2024-cü il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan” mövzusunda konfrans keçirilmişdir.
Konfransda Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcədə rayonun ağsaqqalları, ziyalıları və media əməkdaşları iştirak etmişlər.
İlk öncə tədbir iştirakçıları Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin abidəsi qarşısına tər gül dəstələri düzərək Dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etdilər.
Masallı şəhər Heydər Əliyev Mərkəzində baş tutan konfrans Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov Azərbaycan Xalqının Ümummilli Lideri, Dahi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmiş Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri haqqında geniş məruzə ilə çıxış etdi.
Daha sonra YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, “Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, C.Qasımov adına Banbaşı kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Aygün Rəşidova çıxış edərək bildirdilər ki, Ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk dövründə Azərbaycanın gələcək uğurlu inkişafının ideoloji əsaslarını dəqiq müəyyənləşdirib. Natiqlər Heydər Əliyevin mənalı ömür yolundan, vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən, milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyətindən, bu dövrün başlıca mahiyyətindən danışaraq qeyd etdilər ki, “Heydər Əliyev çağdaş Azərbaycan tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq, ölkəsini tənəzzüldən çıxarıb və tərəqqiyə qovuşdurub. Dövrün bu dahi şəxsiyyətə bəxş etdiyi nadir keyfiyyətlər sayəsində o, tarixi hadisələrin gedişini irəlicədən görə bilib, Azərbaycanın dünəni, bu günü və sabahı üçün olduqca mühüm önəm daşıyan qərarlar qəbul edilən zaman düzgün mövqe tutub, qətiyyətlə hərəkət edib. Belə dərin zəka, dönməz iradə və tükənməz enerji onun bəyanat və çıxışlarında, qərarlarında, mürəkkəb vəziyyətlərdə atdığı addımlarda həmişə ona uğur və nüfuz gətirib”.