Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Heydər Əliyevin 100 illik yubileyi” ilə “Təşəkkürnamə”

22 dekabr 2023 | 15:04

22 dekabr 2023-cü ildə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Təqvim planı əsasında Rayon İcra Hakimiyyəti Başçısının 18 dekabr 334 nömrəli Sərəncamı ilə bir qrup idarə, müəssisə və təşkilat “Heydər Əliyevin 100 illik yubileyi” ilə əlaqədar rayonda keçirdikləri tədbirlərə görə “Təşəkkürnamə” ilə təltif edildi.
Tədbirdə Ulu öndər Heydər Əliyevin, dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov giriş nitqi ilə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ili “Heydər Əliyev ili” elan etmişdir. 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması Ulu Öndərimizin əziz xatirəsinə ehtiramın ali nümunəsidir. "Heydər Əliyev İli" çərçivəsində keçirilən hər bir tədbir əbədiyaşar Öndərimizin siyasi fəaliyyətinin hər bir mərhələsinə bir daha nəzər salınması, onun ideyalarının təbliği və gənc nəsillərə ötürülməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.
Həmin Sərəncamın icrası ilə əlaqədar təsdiqlənmiş Təqvim Planına uyğun olaraq rayonda da il ərzində tədbirlər keçirilmişdir.
Belə ki, rayon ərazisində Ümummili Liderin anadan olmasının 100 illiyinə həsr olunmuş poster və banner yerləşdirilmiş, konfrans, dəyirmi masa, toplantı, disputlar, görüşlər, fləşmoblar keçirilmiş, mədəni-kütləvi tədbirlər, yaradıcılıq festivalları, foto, rəsm sərgiləri, müsabiqələr, ağacəkmə aksiyaları, iməciliklər təşkil edilmiş, “Heydər Əliyev İli” çərçivəsində şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının, aztəminatlı ailələrin və digər sosial qayğıya ehtiyacı olan şəxslərin problemlərinin öyrənilərək onlara zəruri hallarda maddi-mənəvi dəstək və köməklik göstərilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısının 18 dekabr 334 nömrəli Sərəncamı ilə bir qrup idarə, müəssisə və təşkilat “Heydər Əliyevin 100 illik yubileyi” ilə əlaqədar rayonda keçirdikləri tədbirlərə görə “Təşəkkürnamə” ilə təltif edilmişdir.
Daha sonra Rayon Ağsaqqallar Şurası, “Masallı Ziyalıları” İctimai Birliyi, Heydər Əliyev Mərkəzi, Rayon Təhsil Sektoru, “Masallı Gənclər Evi”, Rayon Statistika İdarəsi, Qafqaz Müsəlmanları İdarəsinin Masallı Bölgəsi, Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ, Viləşçay Su Anbarı İstismarı İdarəsinə “Təşəkkürnamə”lər təqdim edildi.
Təltif edilmiş idarə, müəssisə və təşkilat rəhbərləri özləri və kollektivləri adından diqqətə görə rayon rəhbərinə təşəkkürlərini ifadə edərək ölkə rəhbərinin ətrafında sıx birləşdiklərini diqqətə çatdırdılar.
Sonda Araz Əhmədov bildirdi ki, Bu gün Azərbaycana Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı cənab İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən cənab İlham Əliyev müstəqil Azərbaycanın Prezidenti, həm də dünya azərbaycanlılarının Lideridir.
Azərbaycan Prezidenti Cənab İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir.

Keçidlər