Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda heyvandarlıq məhsullarının istehsalı

17 oktyabr 2024 | 17:31

        Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2024-cü ilin yanvar-sentyabr aylarında heyvandarlıq bölməsində diri çəkidə 5298,3 ton ət, 35856,5 ton süd, 46990,0 min ədəd yumurta və 148,9 ton yun istehsal edilmişdir. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 0,6 ton, süd istehsalı 15,7 ton, yumurta 1,0 min ədəd və yun istehsalı isə 0,1 ton artmışdır.

            01 oktyabr 2024-cü il vəziyyətinə 73929 baş iribuynuzlu mal-qara (ondan 37196 baş inək və camışlar), 96183 baş isə qoyun və keçi mövcud olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 127 baş və ya 0,2 faiz, inək və camışların sayı 220 baş və ya 0,6 faiz azalmış, qoyun və keçilərin sayı isə 247 baş və ya 0,3 faiz artmışdır.

        Rayonda fəaliyyət göstərən 6 süni mayalandırma məntəqələrində 2024-cü ilin yanvar-sentyabr aylarında süni mayalandırılmış 1687 baş inək, camış və düyələrdən 1434 baş bala alınmışdır. Heyvanların süni mayalanmasından alınan balaların sayı əvvəlki ilin müvafiq dövründən 124  baş və ya 8,0  faiz az olmuşdur.

Keçidlər