Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda heyvandarlıq

01 noyabr 2022 | 18:39

Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2022-ci ilin yanvar-sentyabr aylarında heyvandarlıq bölməsində diri çəkidə 5296,7 ton ət, 35209,9 ton süd, 46660,0 min ədəd yumurta, 148,7 ton yun istehsal edilmişdir. 2021-ci ilin müvafiq dövrünə nisbətənət istehsalı 27,7 ton və ya 0,5 faiz, süd istehsalı 266,4 ton və ya 0,8 faiz, yun istehsalı isə 1,2 ton və ya 0,8 faiz və yumurta  istehsalı isə 0,5 faiz və ya 240,0 min ədədartmışdır.

2022-ci ilin oktyabr ayının 1-i vəziyyətinə rayonda 73933 baş iribuynuzlu mal-qara (ondan 37301 baş inək və camış), 95345 baş qoyun və keçi mövcud olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 592 baş (0,8 faiz), inək və camışların sayı659 baş (1,8 faiz) artmış, qoyun və keçilərin sayı 338 baş (0,3 faiz) artmışdır.

Keçidlər