Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Heyvanların identifikasiyası və qeydiyyatı sisteminin formalaşdırılması” mövzusunda görüş

21 fevral 2025 | 17:40

Ölkədə bioloji təhlükəsizliyin təmin edilməsi və heyvan mənşəli məhsullar üzərində qida təhlükəsizliyi nəzarəti mexanizmlərinin yaradılması ilə bağlı “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi”ndə və “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin formalaşdırılması və tətbiqinin ölkə ərazisində mərhələli şəkildə həyata keçirilməsi və qida zəncirinin bütün mərhələlərində məhsulların izlənilməsi sisteminin formalaşdırılması nəzərdə tutulmuşdur.

Həmçinin, "Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydaları”na əsasən, heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək məqsədilə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması məcburidir. 

        Masallı rayon icra hakimiyyətinin inzibati binasında yerli icra hakimiyyətinin rəhbər şəxsləri, bələdiyyələr, yerlərdə icra nümayəndələri, yerli qurumların rəhbərləri və sahibkarlarla görüş təşkil edilmişdir. Təşkil edilən görüşdə bir sıra məsələlərlə yanaşı, 01.03.2025-ci il tarixdən etibarən heyvanların identikləşdirilməsi (kodlaşdırılması) işlərinin həyata keçirilməsi məqsədilə Agentlik tərəfindən icrası məcburi tapşırıqların yerinə yetirilməsi, identifikasiya məlumatları olmayan iribuynuzlu heyvanların və atların, habelə baytarlıq müşahidəedici sənədləri (baytarlıq arayışı və şəhadətnaməsi) olmayan heyvanların heyvan bazarı ərazisinə daxil olmasına icazə verilməməsi tələbi tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.

Keçidlər