Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “İcbari tibbi sığorta” mövzusunda təlim

29 fevral 2024 | 17:33

27, 28 və 29  fevral 2024-cü il tarixlərində Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Viləşçay Su Anbarı İstismarı idarəsi, Dövlət Aqrar İnkişaf Mərkəzi və Azərişıq idarəsinin əməkdaşları üçün “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici tədbirlər keçirilmişdir.

        Tədbirləri Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova açmış, Azərbaycan Xalqının Ümumilli Lideri Heydər Əliyev və Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilmişdir.

         Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Lənkəran Regional filialının rəhbəri Sadiq Dadaşov mövzu ətrafında çıxış edərək, İcbari tibbi sığorta zərfinə daxil olan tibbi xidmətlər barədə ətraflı məlumat vermişdir.

        Sadiq Dadaşov çıxışında qeyd etmişdir ki, 2016-cı ildən pilot layihə kimi fəaliyyətə başlayan İcbari tibbi sığorta illər ərzində imkanlarını bir qədərdə genişləndirmiş, artıq 3315 tibbi xidmət “Xidmətlər zərfinə” daxil edilmişdir. Qeyd olunmuşdur ki, dövlət tibb müəssisələri ilə yanaşı Respublika üzrə 180-dən çox özəl tibb müəssisəsi də İcbari tibbi sığorta üzrə fəaliyət göstərməyə başlamışdır.

       Sadiq Dadaşov vətəndaşların “Xidmətlər zərfinə” daxil olan tibbi xidmətlərdən və İcbari Tibbi sığorta üzrə işləyən özəl müəssisələr barədə its.gov.az saytına daxil olaraq ətraflı məlumat ala biləcəyini bildirmişdir.

        Tədbirin yekununda Sadiq Dadaşov tədbir iştirakçılarının suallarını cavablandırmışdır.

Keçidlər