Masallıda icra başçısı 1 iyul tarixində vətəndaşların növbəti qəbulunu keçirdi.
1 iyul 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulunu keçirmişdir.
Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.
Növbəti qəbulda 20 nəfərdən vətəndaş —Şəmiyev Hümmət Hüseyn oğlu, İbrahimova Mehriban Şakir qızı, Bağışov Hüseynbala Azay oğlu, Mirizadə Miralim Əzizağa oğlu, Rəfiyev Hicran Siyasət oğlu, Şirinov Vüqar Etibar oğlu, Əsədova Əfsanə Gülverdi qızı, Həsənov Pərvin Telman oğlu, Əzizov Elman Nadir oğlu, Quliyev Şölət Məmi oğlu, Abbasova Aynaz Atacan qızı, Ağayev Rövşən mİrəli oğlu, Həsənova Vəsilə Çingiz qızı, Həsənov Mehman Mürşüd oğlu, Mayılova Gülzar Məhərrəm qızı, Qədirov Müşfiq Ataxan oğlu və başqaları iştirak etmiş, evinə gələn işıq xəttininsayğacında uyğunsuzluq, işsizlik, maddi köməklik və işlə təmin olunması, sosial yardım təyin olunması, həyətyanı, örüş və payıbəlli torpaq sahəsinin verilməsi, tikinti salmaq üçün kömək göstərilməsi, övladının nikah yaşı, abonentin ev ünvanına daxil olan qaz isifadəsi pulunun sayğacdan artıq göstərilməsi, yaşadığı evə internet xəttinin çəkilməsi, SİP kabelləşmə-işıq xəttinin çəkilməsi, övladının işlə təmin olunması, sosial yardım almasından ötrü səbəbsiz imtina verilməsi, pensiya təyinatı, uşağının xəstəliyi, Masallı şəhərində, qəsəbə və kəndlərdə internetin, işıq verilməsinin, elektrik xəttinin zəif olması, gözdən əlilə köməkçi təyin olunması, ölkə rəhbəri cənab İlham Əliyevə və rayon icra başçııcına minnətdarlıq və s. məsələlər barəsində müraciətlər etmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov vətəndaşların qəbulunu yekunlaşdıraraq, müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermiş, həlli mümkün olan məsələlər yerində həll olmuş, digər məsələlər nəzarətə götürülmüşdür.