Masallıda İctimai Şuranın fəaliyyəti ilə bağlı görüş
11 yanvar 2024-cü il tarixində Masallı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın görüşü keçirilmişdir.
Rayon İcra Hakimiyyətində keçirilən yığıncağı RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə açaraq qarşıda duran vəzifələrdən danışmışdır. Şuranın sədri Əyyub Mehdiyev çıxış edərək, ərazilərdə rayon rəhbərliyi tərəfindən vətəndaşların problemlərinin dinlənilməsi barədə yığıncaq iştirakçılarına məlumat vermiş, rayonun şəhər, qəsəbə və kəndlərində mövcud nöqsanları gündəmə gətirmiş, bunların aradan qaldılmasında şura üzvlərinin səy göstərməsini vacib saymış, ictimai şuranın əhəmiyyətinin artırılması, şurada müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi, ictimai şuranın fəaliyyəti ilə bağlı maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi bağlı təkliflərini irəli sürmüşdür.
Digər yığıncaq iştirakçıları çıxış edərək göstərmişlər ki, bu sahədə şura üzvlərinin üzərinə düşən vəzifələrdən danışmışlar.