Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda idman festivalı 2023

30 yanvar 2023 | 16:02

Masallıda “Gənclər həftəsi” çərçivəsində idman festivalı keçirilib

      Masallı rayon Gənclər və İdman İdarəsinin, “Masallı Gənclər evi”SXM-nin və Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına parkında  “2 fevral-Azərbaycan Gəncləri Günü” münasibətilə  “Gənclər həftəsi” çərçivəsində idman festivalı  keçirilib.

     Festivalın keçirilməsində əsas məqsəd idman növlərinə gənclərdə maraq oyatmaq, idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək və gənclərin arasında fiziki aktivliyi artlrmaqdan ibarət olmuşdur.

         Qeyd edək ki, festivalda  cüdo, taekvondo, boks,güləş, voleybol və futbol idman növlərində iştirakçılar bacarıqlarını göstəriblər.Həmçinin idmançılar, məşqçi müəllimlər və şəhər sakinləri Heydər Əliyev adına parkında yeni yaradılmış idman qurğularından istifadə ediblər.

Keçidlər