Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “İnkişaf və tərəqqi yolunun başlanğıcı” mövzusunda konfrans

12 iyul 2024 | 17:53

12 iyul 2024-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyəti vəRespublika” qəzetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “İnkişaf və tərəqqi yolunun başlanğıcı” mövzusunda konfrans keçirilmişdir.

Konfransda Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və aparatı, "Respublika” qəzetinin baş redaktoru Hümbət Musayev, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, hüquq-mühafizə orqanlarınn rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, KİV nümayəndələri iştirak ediblər.  

        İlk öncə tədbir iştirakçıları Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin abidəsi qarşısına tər gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etdilər.

Masallı şəhər Heydər Əliyev Mərkəzində baş tutan konfrans Ulu Öndər Heydər Əliyevin  eləcə də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi  ilə başladı.

Sonra Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov geniş nitqi ilə bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixini ölkəmizi tərəqqiyə aparan yolun başlanğıc günü kimi dəyərləndirib və bu əlamətdar tarixi hadisənin böyük ictimai-siyasi əhəmiyyətindən bəhs edib. Sovet dönəmində milli maraqlara uyğun fəaliyyətlərin böyük çətinlikləri və həyati riskləri fonunda o zaman respublikamızda hökm sürən ağır tənəzzül şəraitinə baxmayaraq, qısa müddət ərzində sosial, iqtisadi və mədəni yüksəlişin əldə edilməsi, milli özünüdərkin oyanması və milli intibaha nail olunması məhz Heydər Əliyev dühasının nəticəsidir. Qeyd edilib ki, rəhbərliyinin bütün dövrlərində dünya şöhrətli siyasətçi Heydər Əliyevin titanik fəaliyyətinin nəticələri müasir Azərbaycanın hərtərəfli inkişafında və qüdrətlənməsində müstəsna rol oynayıb. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır. Belə demək olar ki, Ulu Öndərin qurduğu və Azərbaycançılıq ideologiyasına əsaslanan milli dövlətimiz cəmiyyətin hər bir üzvünü vahid ideya ətrafında birləşdirən, mənafelərini qoruyan, müdafiə edən qürur mənbəyimizdir. Hər bir dövlətin qüdrəti onun iqtisadi potensialı və hərbi gücü ilə yanaşı, həm də xalqın birliyi, həmrəyliyi ilə ölçülür. 44 günlük Vətən müharibəsi əyani şəkildə göstərdi ki, müstəqillik illərində əldə edilmiş, milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətlərimizdən biridir. Məhz bu milli birliyimizin təmin edilməsi ölkə Prezidenti tərəfindən həyata keçirildi. “Dəmir yumruq” əməliyyatı nəticəsində torpaqlarımız 30 illik işğaldan sonra azad edildi. Hazırda həmin ərazilərdə bərpa-quruculuq işləri aparılır.

Daha sonra məruzə ətrafında "Respublika” qəzetinin baş redaktoru Hümbət Musayev, YAP Masallı rayon Təşkilatının sədri  Seyfəddin Əliyev, “Masallı Ziyalıları” İctimai Birliyinin sədri, «Tərəqqi» medallı Qardaş Fətullayev, Əlvan Bağırov adına Ərkivan qəsəbə 4 saylı tam orta məktəbinin tarix müəllimi  Əzizə Qasımova çıxış edərək müasir Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulması, Ulu öndərin ötən əsrin 70-80-ci illərində sovet dövlətinin iqtisadi potensialından Azərbaycanda iqtisadiyyatın və mədəniyyətin inkişafı üçün bacarıqla istifadə etməsi, beləliklə də, Azərbaycan xalqının rifahının yüksəldilməsi təmin olunmuş və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilməsi, Görkəmli dövlət xadimi ittifaq tərkibində Azərbaycanın iqtisadi müstəqilliyini və respublika əhalisinin məşğulluğunu təmin etmək üçün yeni müəssisələrin yaradılmasını əsas məqsəd kimi qarşıya qoyması, nəsillərə nümunə olan həyat yolunun xalqa təmənnasız xidmətdə keçməsi barədə çıxış etmişlər.

Konfransı Masallı RİH başçısı Araz Əhmədov yekunlaşdıraraq qeyd edib: «Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli lideri var. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir. Bu gün bizi möhtəşəm Qarabağ Zəfərinə aparan ordu quruculuğundan tutmuş, Azərbaycanı ən sürətlə inkişaf edən ölkələr sırasına yüksəldən iqtisadi gücümüzə, ölkəmizi Avropanın ən etibarlı enerji tərəfdaşlarından birinə çevirmiş neft-qaz siyasətinə qədər dövlətimizin inkişaf etmiş bütün sahələrinin təməlində Heydər Əliyevin xidmətlərinin, onun əməyinin, zəkasının, uzaqgörənliyinin izləri var. Bu gün Azərbaycan Heydər Əliyev siyasətinin ən mahir davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksəliş yolunda inamla irəliləyir, bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir».

Keçidlər