Masallıda “İnşa-yazı” müsabiqəsinə yekun vuruldu
05 may 2022-ci il tarixdə “Masallı Gənclər evi” sosial xidmət müəsissəsində Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Rayon Gənclər və İdman İdarəsinin , Təhsil şöbəsinin və “Masallı Gənclər evi” sosial xidmət müəsissəsinin brgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Masallı rayon tam orta ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Ümummilli lider Heydər Əliyev dahi şəxsiyyətdir” mövzusunda “İnşa-yazı” müsabiqəsinin final mərhələsi keçirilmişdir.
Tədbirin açılış mərasimində Masallı Rayon İcra Hakimiyyəti başçının müavini –İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova çıxış edərək müsabiqə iştrakçılarını salamlamış və Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat vermişdir. Müsabiqənin keçirilməsində əsas məqsəd Ulu öndər Heydər Əliyev irsinin gənc nəslə öyrədilməsi, məktəblilərə Vətənə sevgi və məhəbbət hislərinin aşılanması, onların asudə vaxtlarının səmərəli təşkil olunması, gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsinin təmin edilməsi olduğunu vurğulamışdır.
Tədbirdə Masallı rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin şöbə müdirinin müavini Abbas Abbaszadə, baş məsləhətçi Nahid Həsənov, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Rayon Təhsil şöbəsinin metodisti Əkbər Mahmudov, “Masallı Gənclər evi” sosial xidmət müəsissəsinin direktoru Fuad Mənsimov iştrak etmişlər
Müsabiqədə şagirdlər bir saat ərzində Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında inşa yazmışlar. Müsabiqə iştirakçılarının yazı işləri təşkilat komitəsi tərəfindən müəyyən olunmuş münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilmişdir. Nəticələrə uyğun olaraq inşa yazı müsabiqəsinin qalibləri müəyyən olunub.
Birinci yerə Mahmudavar kənd tam orta məktəbinin şagirdi Lalə Əliyeva, ikinci yerə Musaküçə kənd F.Xancanov adına tam orta məktəbin şagirdi Lalə Məmmədova, üçüncü yerə Ərkivan qəsəbə C.Cabbarlı adına 1 saylı tam orta məktəbin şagirdi Vüsalə Ağayeva layiq görülmüşlər.
Qeyd edək ki, Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Rayon Gənclər və İdman İdarəsinin , Təhsil şöbəsinin və “Masallı Gənclər evi” sosial xidmət müəsissəsinin brgə təşkilatçılığı ilə aprel ayının 15-dən başlanılan “İnşa-yazı” müsabiqəsində ümumilikdə 300 yaxın IX-XI sinif şagirdləri mərhələlər üzrə iştirak etmiş və finalda birinci yeri tutmuş 40-a yaxın məktəb şagirdləri final mərhələsində mübarizə aparmışlar.
Müsabiqədə qalib gəlmiş şagirdlər Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışlar.