Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “İnsan alveri insanlıq mənəviyyatına qarşı işlənmiş ağır bir cinayətdir” mövzusunda maarifləndirici tədbir

13 sentyabr 2022 | 17:15

Sentyabrın 13-də Masallı rayon Heydər Əliyev Mərkəzində “İnsan alveri insanlıq mənəviyyatına qarşı işlənmiş ağır bir cinayətdir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir Masallı rayon Heydər Əliyev Mərkəzinin, Masallı Qadın Resurs Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Əvvəlcə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dİlbər İbayeva çıxış edərək insan alveri və onun son zamanlar böyük bir problemə çevrilməsindən, insan alveri qurbanlarının əsasən qadın və qızların olmasından danışıb.

Daha sonra Masallı QRM-nin psixoloqu Fərrux Əliyev "Ev əsarəti", "İnsan alveri zamanı istismarın formaları", "Qeyri-qanuni övladlığa götürmə", "Əməyin istismarı", "Orqan alveri", "Saxta nikahlar", "Cinsi istismar", "Məcburi dilənçilik" kimi mövzular ətrafında çıxış edib.

Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli, 2173 saylı Sərancamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar keçirilib.

Keçidlər