Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "İnsan alverinə qarşı mübarizə" mövzusunda növbəti maarifləndirici tədbir

30 iyul 2026 | 15:34

30.07.2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyəti, Masallı Gənclər evi və Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə "İnsan alverinə qarşı mübarizə" mövzusunda maarifləndirici tədbir keçirildi.

Tədbir başlamadan öncə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Masallı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru İxtiyar Talıbov, Masallı Rayon RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi Aybəniz Novruzova, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı Gənclər evinin metodisti Tural Sadıqov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın önəmini qeyd edərək bu istiqamətdə birgə mübarizə aparmağı tövsiyə ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, insan alverinin insan hüquq və azadlıqlarına yaratdığı təhlükədən, insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyətindən, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarından, insan alverinin bütün formalarının qarşısının alınması və bu cinayətin qurbanlarının reabilitasiyası istiqamətində görülən işlərdən söz açıblar. 

Bu sahədə məlumatlandırma və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin zəruriliyini xüsusi vurğulayıblar.

Keçidlər