Masallıda iqtisadiyyatda işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı
Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2025-ci il aprelin 1-i vəziyyətinə rayon iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 15359 nəfər olmuş, onlardan 7636 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 7723 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 28,8 faizi təhsil, 25,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 21,0 faizi sənaye, 7,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 4,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi istirahət, əyləncə və incəsənət sahəsi, 2,7 faizi tikinti, 1,2 faizi maliyyə və sığorta fəaliyyəti, 1,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2025-ci ilin yanvar-mart aylarında rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,1 faiz artaraq 645,6 manat təşkil etmişdir. İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə; sosial təminat, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.