Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda iş yerləri və əmək haqqı

20 iyul 2023 | 17:17

        Masallı Rayon Statistika idarəsindən verilən ilkin məlumatlara əsasən 2023-cü ilin yanvar-iyun aylarında hüquqi şəxslər üzrə 93 yeni iş yeri açılmışdır. İş yerlərindən 18,3 faizi mövcud, 81,7 faizi isə yeni yaradılmış müəssisə və təşkilatlarda olmuşdur.

Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2023-cü ilin yanvar-may aylarında 14793 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 7940 nəfər (53,7 faiz), qeyri-dövlət sektorunda isə 6853 nəfər (46,3 faiz) təşkil etmişdir.

Muzdlu işçilərin 19,4 faizi məhsul istehsalı sahələrində, 80,6 faizi isə xidmət sahələrində çalışanlar təşkil etmişdir.

2023-cü ilin yanvar-may aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 562,1 manat, həmçinin dövlət sektorunda 686,8 manat, qeyri-dövlət sektorunda 421,7  manat təşkil etmiş, 2022-ci ilin müvafiq dövrünə nisbətən rayon üzrə əməkhaqqı 5,3 faiz, dövlət sektoru üzrə 3,9 faiz, qeyri-dövlət sektoru üzrə isə 8,6 faiz artmışdır.     

Digər fəaliyyət növləri ilə müqayisədə orta aylıq əməkhaqqı - elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 710,0 manat, maliyyə və sığorta sahəsində 1504,3 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsində 891,0 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 730,6 manat, təhsil sahəsində 697,5 təşkil etmişdir ki, bu da digər bölmələrdən daha yüksək olmuşdur.

Keçidlər