Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda kartof yığımı

13 iyun 2022 | 17:17

Bu il Masallı rayonunda 900 hektara yaxın sahədə kartof əkilib. Aqrotexniki qaydalara ciddi əməl olunduğundan sahələrdə bol məhsul var. Təklə, Təzə Alvadı, Xırmandalı və başqa ərazilərdə bir neçə gündür ki, məhsul yığımına başlanıb. Masallı Rayon Statistika İdarəsindən aldığımız məlumata görə iyunun 1-nə kimi 405 hektar sahənin məhsulu yığılmış, alıcı təşkilatlara və bazarlara 62.636 sentner kartof göndərilmişdir. Hər hektardan 155 sentner məhsul götürülür.

Məhsul yığımı davam edir.

Keçidlər