Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda kartofçuluqla bağlı müşavirə

04 iyun 2024 | 13:20

Masallıda kartofçuluğun inkişaf etdirilməsi və problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

4 iyun 2024-cü il tarixdə, Təklə kəndində yerləşən «İpək yolu» restoranında, açıq sahədə Masallı rayonunda kartofçuluğun inkişaf etdirilməsi və problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.
Araz Əhmədovun sədrliyi ilə keçən müşavirədə ötən illər və cari ildə Masallı rayonun kənd təsərrüfatının inkişafı istiqamətində görülmüş geniş işlər və qarşıda duran vəzifələr barədə məlumat verilmişdir.
Müşavirədə Masallı RİH başçısı cənab Araz Əhmədov çıxış edərək  Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışdı. Natiq qeyd etdi ki, ölkəmizdə aqrar sektorun inkişafı və kənd təsərrüfatı məhsullarının  istehsalının genişlənməsi məsələləri ölkə başçısının diqqət mərkəzindədir. Natiq son zamanlarda Masallı rayonunda kartofçuluğun inkişaf etdirilməsi və problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələr haqqında geniş məlumat vermişdir. Bildirilmişdir cari ildə Masallının təsərrüfatlarında 900 hektardan çox sahədə kartof yetişdirilmişdir. Hazırda kartofçuluqda işlərin ən qaynar vaxtı, məhsul tədarükünün qızğın dövrüdür.

Araz Əhmədov geniş nitqində  kənd təsərrüfatının yeni inkişaf mərhələsində olduğunu vurğulayaraq, qeyd edib ki, bu mərhələdə masallılı fermerlərin, xüsusən də kartof əkib-becərənlərin də üzərinə mühüm vəzifələr düşür.
Aqrar sektora göstərilən dövlət dəstəyindən danışan Masallı rayon rəhbəri bu sahənin inkişafı üçün inzibati və maliyyə resurslarının səfərbər edilməsinin, iri təsərrüfatların, kooperativlərin, soyuducu anbarların yaradılmasının perspektivlərindən bəhs edib. Bildirib ki, kənd təsərrüfatında subsidiyalardan səmərəli istifadə vacibdir. Bu sahənin idarə edilməsi işinin yaxşılaşdırılması, yeni texnologiyaların tətbiqi də qarşıda duran ümdə vəzifələrdəndir.
A.Əhmədov Masallıda kənd təsərrüfatının ənənəvi sahələrinin - tərəvəzçiliyin, heyvandarlığın, üzümçülüyün, son vaxtlar diqqət çəkən çiyələkçiliyin inkişafı ilə yanaşı, çəltikçiliyin, bağçılığın, tütünçülüyün da perspektivləri barədə fikirlərini bildirib, görüləsi işləri diqqətə çatdırıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, bu sahə ilə məşğul olan mütəxəssislər, tabeli təşkilart rəhbərləri kartof mülkiyyətçilərin sualları ətrafında yaranan məsələlərlə bağlı müvafiq  açıqlamalar vermişlər.
Masallı Dövlət Aqrqr İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev, bitki mühafizə və fumiqasiya Mərkəzinin rəisi Sakit Məmmədov, Viləşçay Su Anbarı və İstismarı İdarəsinin rəisi Rusif Kərimov, Əhmədli kənd sakini, «Tərəqqi» medallı Hadı İsmayılov, Ləngən kənd sakini Nazim Eyniyev, ayrı-ayrı fermerlər, iş adamları, mülkiyyətçilər əsasən kartofçuluğun və digər kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına mane olan problemlərdən və onların aradan qaldırılması yollarından söhbət açmışlar. Onların fikirləri, təklifləri, problemləri öyrənildikdən sonra qarşıya çıxan suallara aidiyyəti qurumların rəhbərləri qarşısında vəzifələr qoyulmuşdur.

Müşavbirədən sonra Masallı RİH başçısı Araz Əhmədov və işçi qrupunun üzvləri açıq havada, Təklə kəndində Yadulla Vəliyevin rəhbərlik etdiyi kartof sahələrində məhsul yığımı ilə tanış olmuşlar.

Fermer çalışdığı sahənin uğurları və çətinlikləri barədə Masallı rayon icra başçısına məlumat vermişdir.

Keçidlər