Masallıda kənd təsərrüfatı məhsullarının istehsalı
01 avqust 2022 | 17:40
Masallıda kənd təsərrüfatı məhsullarının istehsalı 23,9 faiz artıb
Masallı rayon Statistika idarəsindən verilən məlumata görə 2022-ci ilin yanvar-iyun ayları ərzində kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 126,9 milyon manat təşkil edib ki, 79,3 milyon manatı bitkiçilik, 47,6 milyon manatı isə heyvandarlıq məhsullarının payına düşür.
2022-ci ilin yanvar-iyun aylarının 2021-ci ilin müvafiq dövrü ilə müaqayisəsində kənd təsərrüfatı məhsullarının istehsalı 23,9 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 31,8 faiz, heyvandarlıq məhsulları üzrə isə 12,7 faiz artım olub.
2022-ci ilin yanvar-iyun aylarında heyvandarlıq bölməsində diri çəkidə 3629,2 ton ət, 26256,1 ton süd, 36784 min ədəd yumurta, 144,2 ton yun istehsal edilmişdir. 2021-ci ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 174,0 min ədəd və ya 0,5 faiz, ət istehsalı 20,0 ton və ya 0,6 faiz, süd istehsalı 265,1 ton və ya 1,0 faiz, yun istehsalı isə 1,2 ton və ya 0,8 faiz artmışdır.