Masallıda kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə emalına həsr olunmuş yığıncaq
04 noyabr 2024-cü il tarixdə Masallı rayon İcra Hakimiyyətinin inzbitai binasında kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə emalına həsr olunmuş yığıncaq keçirilmişdir.
Yığıncaqda Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Vəli Muxtarov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının 7.1.24.-cü (Kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə emalı üzrə müəssisələrin, həmçinin yun və gön-dəri emalı müəssisələrinin yaradılmasının təşviq edilməsi və dəstəklənməsi) tapşırığının icrası ilə bağlı Masallı rayon ərazisində fəaliyyət göstərən təsərrüfat rəhbərləri və fermerlərlə mütəmadi olaraq görüşlər keçirilmiş və onlarla mütəmadi olaraq maarifləndirici söhbətlər aparılır.
Görüşlərdə Masallı rayon İcra Hakimiyyəti və Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları iştirak etmişdirlər.