Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda kənd təsərrüfatı sahibkarları üçün aqroturizm layihəsinin təqdimatı 

08 sentyabr 2023 | 09:39

Azərbaycan Respublikasının Dövlət Turzim Agentliyinin birinci qrant müsabiqəsi çərçivəsində maliyyələşən “Masallı rayonunda aqroturizm sahibkarlıq fəaliyyətinin qurulması və təşviqi” layihəsinin növbəti təqdimatı Masallı rayonunda çalışan kənd təsərrüfatı sahibkarları üçün olub.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Rafət Şirəliyev layihənin donoru, məqsəd və komponentləri haqqında məlumat verib. O, qeyd edib ki, layihə çərçivəsində məlumatlandırmadan sonra seçiləcək 15 sahibkar üçün 3 müxtəlif günlük təlimlər həyata keçiriləcək: “Təlimlərdən sonra biznes plan təqdim edən 3 sahibkara layihə çərçivəsində mal-material dəstəyi göstəriləcək. Qurulacaq aqroturizm təsərrüfatlarının marketinq işləri görüləcək və həmin yerlərə infoturlar təşkil ediləcək...”

Layihənin müəllifi Nemət Əliyev çıxışında layihənin rayon üçün əhəmiyyəti və gözlənilən nəticələrindən bəhs edib.

Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi Seymur Nuriyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Masallı KOB Dostu Cavad Əzizov bu tip layihələrin kənd təsərrüfatı və turizm məhsullarının inkişaf etməsinə fayda verdiyini vurğulayıblar. 

“Yeni həyat” ictimai-siyasi qəzetinin əməkdaşı Akif Ağayev xəbər verir ki, tədbirdə iştirak edən 20-dan çox kənd təəsrrüfatı sahibkarı üçün layihənin eksperti Samir Axundov və təlimçisi Samir Salayev tərəfindən “Aqroturizm nədir?”, “Aqroturizmin imkanları və faydaları”, “Aqroturizmin iqtisadi təsiri” və s. mövzularında təqdimatlar edilib.

Fikir mübadiləsi şəraitində davam edən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda sahibkarlara sertifikatlar təqdim edilib.

Keçidlər