Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası
Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası
08 oktyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar Masallı rayonunun Meşəkənarı kəndində ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, RİHB aparatının əməkdaşları, ərazi nümayəndələri, bələdiyyələr, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
“Konstitusiya və Suverenlik ili” ilə əlaqədar təşkil olunmuş ağacəkmə aksiyasında 950 ədəd müxtəlif növ ağaclar bunalardan xan çinar, həmişəyaşıl bitkilər və sitrus meyvə ağacları əkilmiş, əkilən ağacların suvarılması üçün damcı suvarma sistemi quraşdırılmışdır.






