Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 23.12.2025
Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası keçirilmişdir.
23 dekabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Masallı rayonunun Sərçuvar kəndində “Konstitusiya və Suverenlik ili” çərçivəsində və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq mühafizə orqanları rəhbərləri, RİHB aparatının əməkdaşları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
“Konstitusiya və Suverenlik ili”-nə həsr olunmuş ağacəkmə aksiyasında 450 ədəd müxtəlif növ meyvə, həmişəyaşıl və çinar ağacları əkilmişdir.






