Masallıda “Korrupsiya cəmiyyətin görünməyən düşməni” mövzusunda görüş
28 iyul 2025-ci il tarixdə Masallı rayon Tarix-diyarşünaslıq Muzeyində “Korrupsiya cəmiyyətin görünməyən düşməni” mövzusunda görüş keçirilib.
Masallı Rayon İcra Hakimiyyəti, Tarix-diyarşünaslıq Muzeyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli, 3199 nörməli Sərəncamı ilə təsdiq olunmuş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.1-ci bəndinin icrası çərçivəsində vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, media nümayəndələri, gənclər və təşkilatçı qurumların əməkdaşlarının iştirakı ilə “Korrupsiya cəmiyyətin görünməyən düşməni” mövzusunda görüş keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanılmışdır.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Tarix-diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva Milli Fəaliyyət Planı haqqında geniş məlumat verərək korrupsiyaya qarşı mübarizə, həmçinin etik davranış qaydaları, onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər, etik dilemmalar və onların həlli yolları, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi haqqında çıxış etmişdir.
Daha sonra Masallı rayon Tarix-diyarşünaslıq Muzeyinin elmi işçisi Dilguşə Məmmədova korrupsiyaya qarşı mübarizənin normativ və institusional əsaslarının təkmilləşdirilməsi, eləcə də korrupsiyaya qarşı mübarizə ilə əlaqədar götürülmüş öhdəliklərin həyata keçirilməsi, korrupsiyanın qarşısının alınması, korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət, korrupsiya ilə əlaqədar hüquqpozmaların nəticələrinin aradan qaldırılması barədə geniş məruzə edib.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Nuranə Muradova korrupsiya anlayışı və onun formaları, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya ilə əlaqədar müraciətlərə baxılmasının xüsusiyyətləri, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermə və məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı qanunvericilik barədə məlumat verib.
Mövzu ətrafında Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin rəhbəri Orxan Əliyev, “Yeni həyat” qəzetinin ədəbi işçisi, “Azpress.Az” times saytının redaktoru Akif Ağayev, “Din və Qadın Hüquqları” İctimai Birliyinin və Boradigah Bələdiyyəsinin sədri Tünzalə Qardaşova, “Masallıda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin sədri Nərgiz Muxtarova, “Yeni Baxış 2022” İctimai Nəzarət Təşkilatı İctimai Birliyinin Masallı rayon şöbəsinin sədri Ədalət Məmmədov, “Azinfo.az” və “Aznew.az” saytının baş redaktoru, Kolatan Bələdiyyəsinin sədri Rauf Cəbiyev dövlət və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində şəffaflığın artırılması və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin olduqca vacib olmasını, dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılmasının, korrupsiyaya şərait yaradan halların qarşısının alınmasının, korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinin vacibliyini vurğulayıblar.
Çıxış edənlər Azərbaycanda vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizədə fəal iştirak etdiyini, qanunvericiliyin formalaşdırılmasına cəlb olunduğunu, “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın önəmini xüsusi vurğulayıblar.
Daha sonra “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər, korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları ilə vətəndaş cəmiyyətləri arasında birgə əməkdaşlığın gücləndirilməsi, həyata keçirilən layihələr müzakirə edilib.
Tədbir qarşılıqlı diskussiya şəklində davam edib, Vətəndaş cəmiyyəti institutlarının rəhbərləri isə korrupsiyaya qarşı mübarizə sahəsində dövlət qurumları ilə bu cür əməkdaşlığın səmərəli olduğunu və olduqca müsbət effekt verdiyini bildiriblər.
Sonda “Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi” istiqamətində belə maarifləndirici tədbirlərin bütün idarə-müəssisələrdə keçirilməsi təklifi də qeyd edilmişdir.






