Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda kümdarlarla görüş

31 mart 2023 | 18:06

31 mart 2023-cü il tarixdə Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində Masallı rayonundan olan kümdarlarla maarifləndirici görüş keçirilmişdir.

Belə ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham  Əliyevin 27 noyabr 2017-ci il tarixli  3406 nömrəli “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Kənan Ağayev, Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, Qax rayon Damazlıq İpəkçilik Statnsiyasının əməkdaşları, Ərazi Nümayəndələri, bələdiyyələr, sahibkarlar və kümdarlar iştirak etmişlər.

Tədbirdə Baramaçılığın inkişaf etdirilməsindən ötrü tut ipəkqurdunun yemləndirilməsi qaydaları haqqında maarifləndirmə təlimləri eyni zamanda “Dövlət Proqramının” 8.1.5, 8.4.1, 8.4.3-cü maddələrinə əsasən Barama istehsalçıları, tədarükçüləri və emal müəssisələri arasında kooperasiyanın yaradılması, İpəkçilik məhsulları istehsalının genişləndirilməsi, Barama istehsalı və emalına yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlərin görülməsi barədə söhbətlər aparılmışdır.

Tədbirdə çıxış edənlər bildirmişlər ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir.

Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafına dair 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramları çərçivəsində ölkədə ipək məhsullarının istehsalı, tədarükü və emalı sahələrində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, ənənəvi baramaçılıq rayonlarında barama istehsalının və emalının dəstəklənməsi üçün zəruri tədbirlər görülmüşdür.

Baramaçılığın və ipəkçiliyin inkişafı üzrə nəzərdə tutulan işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədi ilə hazırlanmış “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılmasına və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilmişdir.

Keçidlər