Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda kütləvi ağacəkmə aksiyası davam etdirilir

22 oktyabr 2024 | 18:18

Masallı rayonu ərazisində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər həyata keçirilir.

Belə ki, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar Masallı rayonu ərazisində iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizə tədbirləri həyata keçirilir.

Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən rayonun bütün ərazilərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kütləvi şəkildə ağacəkmə aksiyasının keçirilməsinə başlanılmış və aksiya çərçivəsində 12000 ədəddən çox ağacın akilməsi nəzərdə tutulmuşdur.

18 oktyabr 2024-cü il tarixdən başlayan 10 günlük aksiya zamanı nəzərdə tutulan 12000 ağacdan artıq 10000 ədədi əkilmiş və işlər sürətlə davam etdirilir.

            Qeyd etmək istərdik ki, rayon ərazisində ağacəkmə aksiyası cari ilin sonunadək davam etdiriləcəkdir.

Keçidlər