Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda kütləvi ağacəkmə aksiyasına start verilmişdir

18 oktyabr 2024 | 15:42
Masallı rayonu ərazisində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar Masallı rayonu ərazisində iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizə tədbirləri həyata keçirilir. Bunun bariz nümunəsi olaraq “Təmiz ətraf mühit”, “Yaşıllıqların salınması və qorunması” lahiyələri və müxtəlif aksiyaların keçirilməsini qeyd etmək olar. Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən rayonun bütün ərazilərində, eləcədə 18 oktyabr 2024-cü il tarixində Ələt-Astara magistral avtomobil yolunun mühafizə zolağının yaxınlığında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kütləvi şəkildə ağacəkmə aksiyasının keçirilməsinə başlanılmış və aksiya çərçivəsində 2000 ədəddən çox ağac əkilmişdir. Aksiyada Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və aparatı, idarə, müəssisə, təşkilat kollektivləri, ASAN könüllüləri və sakinlər iştirak etmişlər. Qeyd etmək istərdik ki, rayon ərazisində ağacəkmə aksiyası cari ilin sonunadək davam etdiriləcəkdir.
Keçidlər