Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda kyokuşin karate idman növü üzrə respublika turnirinə yekun vuruldu

27 iyun 2022 | 08:30

26 iyun 2022-ci il tarixdə  Masallı Olimpiya  Kompleksində  Masallı rayon Gənclər və İdman İdarəsinin, Azərbaycan Respublikası “OYAMA” döyüş növləri  İdman klubu ictimai birliyinin və Beynəlxalq İFK Kyokuşin karate təşkilatının Azərbaycan nümayəndəliyinin birgə  təşkilatçılığı ilə 26 iyun Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş uşaqlar, yeniyetmə ,gənclər ,qadınlar və kişilər arasında kyokuşin karate idman növü üzrə Respublika turniri keçirilmişdir.

          Əvvəlcə Azərbaycan respublikasının dövlət himni səsləndirilib sonra isə  torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

         Turnirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Azərbaycan Respublikası “OYAMA” döyüş növləri  İdman klubu ictimai birliyinin və Beynəlxalq İFK Kyokuşin karate təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əliyev çıxış edərək idmançıları  26 iyun Azərbaycan Silahlı Qüvvələri günü münasibəti ilə təbrik edərək,  turnirin keçirilməsində əsas məqsədin regionlarda karate idman növünün inkişaf etdirmək  və idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirmək ,gənclərimizin zərərli vərdişlərdən uzaqlaşdırmaq , sağlam həyat tərzinin təbliğ etməkdən ibarət olduğunu bildirmişlər.

  Qeyd edək ki, turnirdə Masallı idmançıları ilə yanaşı Astara və Bakı şəhərindən 5 klub olmaqla 130 nəfərə yaxın idmançı iştrak etmişdir.

     Turnirdə qalib gəlmiş idmançılar təşkilatçılar tərəfindən diplom və medallarla mükafatlandırılmışlar. Turnirdə Vətən Müharibəsi iştrakçısı Xalid Adilzadəya  Masallı rayon Gənclər və İdman İdarəsi trəfindən təşəkkürnamə  təqdim edilmişdir.

Keçidlər