Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Media və informasiya savadlılığı" mövzusunda təlim

08 oktyabr 2022 | 17:42

Masallıda "Media və informasiya savadlılığı" mövzusunda təlim keçirilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin təşkilatçılığı ilə təlimçi Məlik Nuriyev tərəfindən keçirilən təlimdə iştirakçılarla “Media təcrübələrinin onlar üzərində təsiri”, “Azərbaycanda medianın bu günü”, “Media vasitələrinin analiz edilməsi”, “Media vasitələrinin profili”, “Müxtəlif medialar mövzunu necə işıqlandırır?” mövzularında müzakirələr və diskussiyalar aparılıb.

Təlim zamanı iştirakçılarla müxtəlif enercayzerlər və qrup işləri icra olunub.

 Qeyd edək ki, layihə Avrasiya Əməkdaşlıq Fondu Azərbaycanın texniki dəstəyi ilə Interlink Academy tərəfindən həyata keçirilir.

Layihənin məqsədi media və informasiya savadlılığı mövzusunda iştirakçıların məlumatlılığının və təlimçilik bacarıqlarının artırılmasıdır. Bakı və bölgələrdən təlimə qatılan iştirakçılar növbəti mərhələdə təlimçi olaraq qazandıqları bilikləri yerli icmaları ilə mərhələli şəkildə bölüşürlər.

Keçidlər