Masallıda “Mediasiya fəaliyyətinin təşviqi və genişləndirilməsi” mövzusunda görüş
Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-ci il tarixli, 4059 nörməli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində Rayon İcra Hakimiyyətinin əməkdaşları və mediatorların iştirak ilə “Mediasiya fəaliyyətinin təşviqi və genişləndirilməsi” mövzusunda görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Niyazi Bağırov Dövlət Proqramı haqqında geniş məlumat verərək Dövlət Proqramının həyata keçirilməsinin hədəf göstəriciləri, məqsədləri, prioritet istiqamətləri haqqında geniş məlumat verib.
Daha sonra Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq .şöbəsinin müdiri Bəxtim Qarayev, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, Masallı 1 saylı Mediasiya təşkilatının direktoru Xanhüseyn Səmədov çıxış edərək hazırda Masallı rayonunda Mediasya fəaliyyətinin vəziyyəti barədə məlumat verərək, fəaliyyətin daha da genişləndirilməsinin və mediasiyanın təşviqinin zəruri olduğunu bildirmişlər.
Mövzu ətrafında RİHBA-nın YYÇİ və HM üzrə Komissiyasının məsul katibi Zamin Məmmədov, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əlimərdan Abdullayev, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova, Masallı 1 saylı Mediasiya təşkilatının mediatoru Gülhəsən Məmmədov çıxış edərək Masallı rayonunda mediasiyanın mövcud vəziyyəti, mediasiya fəaliyyətinin təşkili və genişləndirilməsi, əhalinin mediasiya xidmətlər haqqında məlumatlılığının artırılması istiqamətində görülmüş işlər, həyata keçirilən layihələr haqqında geniş söhbət açılmışdır.
Tədbir qarşılıqlı diskussiya şəklində davam edib, mediasiya sahəsində maarifləndirmənin genişləndirilməsi, ərazilərdə vətəndaşlarla görüşlərin təşkil edilməsi, məlumatlandırıcı bukletlərin paylanması barədə müzakirə aparılmışdır.