Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Mediasiya xidmətinin təşviqi” mövzusunda maarifləndirici görüş

18 may 2024 | 14:52

Masallı Rayon İcra Hakimiyyəti və Masallı 1 saylı Mediasiya Təşkilatının birgə təşkilatçılığı, Masallı Dövlət Regional Kollecində Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-ci il tarixli, 4059 nörməli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planı”nın 8.4.6-cı bəndinin icrası çərçivəsində “Mediasiya xidmətinin təşviqi” mövzusunda kollecin müəllim və tələbə heyəti  ilə  maarifləndirici görüş keçirilmişdir.  

Tədbiri açan Masallı Dövlət Regional Kollecin tədris işləri üzrə direktor müavini Namik Ağayev bildirmişdir ki, vətəndaşlara sosial xidmətlərin göstərilməsini daha da keyfiyyətli və əlçatan səviyyəyə çatdırılması dövlət siyasətinin əsas hədəflərindəndir. 

Masallı rayon İcra Hakimiyyətinin əməkdaşı Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi – psixoloqu  Aybəniz Novruzova mövzunun aktual olduğunu, ailədaxili mübahisələrinin həlli kimi mediasiya sahəsində məlumatlılığının artırılmasının vacibliyini qeyd etmişdir.

 Tədbirdə Masallı 1 saylı Mediasiya Təşkilatının direktoru Xanhüseyn Səmədov, mediatoru Könül Rəcəbova çıxış edərək, Azərbaycanda yeni tətbiq olunan mediasiya xidməti barədə ətraflı məlumat vermiş, mediasiyanın üstünlükləri və mediatorun (vasitəçinin) əsas rollarını qeyd edərək vətəndaşların mediasiya orqanlarına müraciət qaydasını izah etmişlər.  

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər