Masallıda "Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti qadınlar üçün parlaq nümunədir" adlı tədbir
Masallı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Masallı Tarix-Diyarşünaslıq Muzeyində "Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti qadınlar üçün parlaq nümunədir " adlı tədbir keçirilib.
Tədbiri əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, RİH yanında İctimai Şuranın sədri Əyyub Mehdiyev, İŞ sədr müavini Cəmil Məmmədov, Tarix-Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, İdeoloji Maarifləndirmə və Təbliğat qrupunun üzvü Rauf Cəbiyev, QHT - Əfrail Fərziyev , Əminə Abiyeva , müəllimlər və gənc qızlar iştirak edirdilər.
Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova və tədbir iştirakçıları çıxış edərək, Azərbaycanın birinci xanımının geniş ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır.
Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən fəaliyyəti Azərbaycan xalqının və dövlətinin maraqlarını əks etdirdiyini vurğulayıblar.
Heydər Əliyev Fondu Ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir
Xeyriyyəçilik Mehriban xanım Əliyevanın əsas amalıdır.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti dünya səviyyəsində təqdir edilir
Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın humanitar, elm, təhsil sahələrində həyata keçirdiyi tədbirlər həm Azərbaycanda, həm də başqa ölkələrdə yaşayan qadınlar üçün əsl örnəkdir, eyni zamanda, qadınların cəmiyyətdəki rolunun artırılmasına dəstəkdir. Təsadüfi deyil ki, 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən, Mehriban xanım Əliyeva “İlin qadını” adına layiq görülüb. Buna paralel olaraq bildirək ki, ölkəmizdə həyata keçirilən dövlət qadın siyasətindən bəhs edərkən, heç şübhəsiz, Azərbaycan qadınlarına nümunə olan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyətinə toxunmaq lazımdır. Bir sözlə, bu gün adı cəmiyyətimizdə xeyirxahlıq, insanlara kömək, nəciblik məzmunu ilə assosiasiya olunan Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyətinin Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağının artmasında, cəmiyyətimizdə qadın fəallığı ənənələrinin güclənməsində rolu böyükdür.