Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Məişət zorakılığı, erkən nigahlar, intiharlar" mövzusunda tədbir

24 may 2024 | 11:40

Masallı rayon İcra Hakimiyyəti, Masallı Dövlət Regional Kolleci və "Polisə-dəstək "İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Məişət zorakılığı, erkən nigahlar" mövzusunda tədbir keçirilmişdir.

   İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 Çıxış edən kollecin direktor müavini Dilarə Hüseynova, Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi -psixoloqu Aybəniz Novruzova, "Polisə-dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev "İntihar və intihara cəhd hadisələri”nin müəyyənləşdirilməsi, minimuma endirilməsi, qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə silsilə tədbirlər, məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində maarifləndirici söhbətlər,erkən yaşda ailə quran gənclərin fizioloji, psixoloji cəhətdən yaşadıqları problemlərdən, bu cür erkən nigahların  sonradan onların həyatında bir sıra böyük fəsadlara səbəb olması barədə danışdılar.

   Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

Keçidlər