Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Məkr və Məhəbbət" əsəri nümayiş olundu

09 dekabr 2025 | 17:50

09 dekabr 2025-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lənkəran Dövlət Dram Teatrının aktoyrlarının ifasında klassik alman ədəbiyyatının zirvəsi sayılan Fridrix Şillerin "Məkr və Məhəbbət" əsəri Masallı tamaşaçılarına təqdim edilmişdir.
Tamaşada Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyət nümayəndələri və sakinlər iştirak etmişlər.
“Məkr və Məhəbbət” əsəri sevgi və cəmiyyətin sərt qanunları arasında qalmış iki gəncin — zadəgan ailəsindən olan Ferdinand və sadə musiqiçinin qızı Luizanın faciəvi məhəbbət hekayəsini nəql edir. Əsər təbii, dramatik dialoqları və kəskin qarşıdurmaları ilə klassik alman dramaturgiyasının zirvələrindən sayılır.
Tamaşanın təqdimatında sonra Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Lənkəran Dövlət Dram Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi və Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynova və kollektivinə möhtəşəm əsərə görə təşəkkürünü bildirmişdir.
Lənkəran Dövlət Dram Teatrının direktoru Laləzar Hüseynova da öz növbəsində onlara yaradılan şəraitə görə rayon rəhbərinə minnətdarlığını ifadə etmişdir.
Sonda xatirə şəkilləri çəkdirildi.

Keçidlər