Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən görülmüş işlər

01 oktyabr 2024 | 15:55

Masallı rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində 25 iyul 2022-ci il tarixdən 20 sentyabr 2024-cü il tarixədək görülən işlər barədə məlumatlar.

            Masallı rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 396000 manat vergi borcu dövlət büdcəsinə ödənilmiş və birliyin normal fəaliyyəti təmin edilmişdir. Zibil poliqonunda baş verən yanğınların aradan qaldırılması və antisanitariya məqsədilə uzulnuğu 500, eni 15, hündürlüyü isə 10 metr olan Baki prospektinə qədər uzanmış zibillli ərazi tam olaraq təmizlənmiş, torpaq sahəsi qazılmış və həmin zibillər basdırılaraq zərərsizləşdirilmişdir.

Birliyin tərkibində Sanitar, təmizlik və tullantıların daşınması şöbəsi; İşıqlandırma şöbəsi və Yaşıllaşdırma şöbəsi xidmət göstərir.

Birliyin Sanitar, təmizlik və tullantıların daşınması sahəsində dislokasiyada təsdiq edilmiş 403497m2 ərazidə, Yaşıllaşıdrma şöbəsinin dislokasiyası üzrə 34.1 ha (34178978m2) o cümlədən qazon sahəsi 5.6 ha (56092.9 m2), İşıqlandırma şöbəsinin 1525 dirək və 76250m xəttə 114 ştat 504 Dost MMC işçisi balansda olan 9 yük daşıyan, 2 traktor, 1 kran, 1 çirkab sular daşıyan, 1 su maşını, 1 xidməti maşın, 1 Kamaz markalı su maşını və 24 ədəd su quyularında quraşdırılan 25 ədəd  su matorları və 1 ədəd su nasosu, 12 ədəd ot biçən aparat, 5 ədəd qazonbiçən, 3 ədəd motopila, 1 motorlu ağac budayan aparat və zərurət yarandıqda  balansda olmayan 1 ədəd qaldırıcı səbət, 8 minik maşınları, 1 ekskavator, 1 su maşını, 1 ədəd Qaz - 53 yük maşını ilə xidmət göstərir. Küçə və prospektlərdə 25 İyul 2022-ci ildən 20 Sentyabr 2024-cü ilədək 28325 ha (283250000m2) ərazi süpürülmüş və məişət tullantıları zibil poliqonuna daşınaraq zərərsizləşdirilmişdir.

Yığımla bağlı ümumillkdə Masallı rayon ərazisində  bələdiyyələr, sahibkarlıq obyektləri, rayon əhalisi, idarə və müəssisələrə xidmət göstərilir. Onlarla xidmət qarşılığında tarif şuraslnın müəyyən etdiyi qiymət əsasında məişət tullantılarının daşınması pulunun yığılması yığım şöbəsi tərəfindən həyata keçirilir. 35 kənd ərazi nümayəndəliyinə və 4413 ailə təsərrüfatından məişət tullantıları daşınaraq zərərsizləşdirilir. Növbəli şəkildə rayon mərkəzindən və kəndlərdən gündəlik 190m3 məişət tullantıları daşınaraq poliqonda zərərsizləşdirilir.

Rayonun müxtəlif ərazilərində piyada yollarına 1122m2 tamet dəyişdirilərək yenisi ilə əvəz olunmuş, 472 ədəd aşmış beton bardürlərin bərpası tərəfimizdən aparılmış və təmir edilmişdir. Eyni zamanda 7350m uzunluqda su axar kanalları gündəlik olaraq təmizlənir.

Yaşıllıq ərazisində 34.1 ha dislokasiya ilə təsdiq edilmiş ərazi vaxtı vaxtında biçilir, suvarılır, müxtəlif növ dərman və gübrə vasitələri ilə xidmət göstərilir. 25 İyul 2022-ci ildən 20 Sentyabr 2024-cü ilədək 23938 ha (239380000m2) əraziyə xidmət göstərilmişdir.

MKTİB-nin işıqlandırma şöbəsində dislokasiya üzrə Masallı rayonu küçə, prospekt və parklarda yerləşən işıqlandırma nöqtələrinə xidmətləri həyata keçirir. Rayonun müxtəlif ərazilərində 1656 ədəd elektrik dirəyi quraşdırılaraq 19640 metr elektrik xətti çəkilmiş və nəticədə 44134 metr küçə işıqlandırılmışdır.

Keçidlər