Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Milli Qurtuluş Günü bir sıra tədbirlərlə qeyd olunub

15 iyun 2022 | 08:56

15 iyun 2022-ci il tarixdə Masallı rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib.
Əvvəlcə Heyər Əliyev Mərkəzinin qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsi böyük ehtiramla yad edilib, önünə çiçək dəstələri düzülüb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, xatirəsini böyük ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən tarixi fotoşəkillərə, sənədlərə baxış keçirilib.

Keçidlər