Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda mini-futbol turniri yekunlaşdı

15 dekabr 2022 | 14:53

      “Viləş” mini-futbol meydançasında Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi ilə bağlı olaraq, “Azərbaycan Respublikası Olimpiya Komitəsi-30 il” adı altında İdarə, müəssisə və təşkilatlar arasında mini-futbol üzrə rayon turnirinin final mərhələsi keçirildi.

         Turnirin mükafatlandırılma mərasimində Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə bütün idman ictimaətini və turnirdə qalib olmuş komandanı təbrik etmişdir.

        İdarə, müəssisə və təşkilatların iştirakı ilə keçirilmiş turnirdə “Azəriqaz” komandası  finalda  “Masal mebel”  komandasına qalib gələrək turnirin qalibi adına layiq görülüb. “UGİM” komandası və “Banks United” komandaları 3-cü yerə layiq görülüb.

Oktyabrın 3-də start verilmiş turnirdə 12 komanda iştirak edib.

     Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən turnirdə ilk 3 yeri tutan komandalara, nominasiyalar üzrə fərqlənən idmançılara təşəkkürnamələr, hədiyyələr, turnirin qalibinə isə kubok, diblom və hədiyyələr təqdim edilib.

            Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi tərəfindən turnirdə iştrak edən komandalar hədiyyələrlə mükafatlandırılıb.

Keçidlər