Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda müharibə əlilləri və iştirakçıları ilə görüş keçirilib

05 noyabr 2026 | 17:00

05 noyabr 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətində müharibə əlilləri və iştirakçıları, eləcə də şəhid ailələrinin üzvləri ilə görüş keçirilmişdir.

Görüşdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Rəfail Xəlilov, Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçıları iştirak etmişlər.

Görüş zamanı rayon rəhbəri şəhid ailələrinin, müharibə əlillərinin və müharibə iştirakçılarının qayğıları, gündəlik həyatlarında qarşılaşdıqları çətinliklər və onları narahat edən məsələlərlə maraqlanmış, müraciətlərini dinləmişdir.

Araz Əhmədov şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, onların sosial müdafiəsinin gücləndirilməsi, üzləşdikləri problemlərin həlli və həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Görüşdə iştirak edənlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, onları maraqlandıran məsələlərlə bağlı fikir və təkliflərini səsləndirmişlər.

Keçidlər