Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA MÜŞAVİRƏ

03 iyun 2022 | 10:34

02 yun 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətində Masallı rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş tərkibdə müşavirə keçirilmişdir.

Müşavirəyə Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın üzvləri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri idarə, müəssisə və təşkilat rəhbərləri dəvət olunmuşdular.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.


Müşavirəni açan rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov Masallı rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrə dair mövzuda geniş məruzə etmişdir. Gündəlikdə duran məsələlər - şəhid ailələri, qazilər və veteranların qayğıları, azyaşlıların nikahı, ev təsərrüfatının uçotunun düzgün aparılması və bu sahədəki qeyri dəqiqliklər, kənd təsərrüfatı məsələləri, rəqəmsal icra hakimiyyəti, səyyar qəbulların təşkili, vətəndaş müraciətləri, kadr potensialı, işdə yol verilmiş nöqsanlar və onların aradan qaldırılması yolları və s. barədə tədbir iştirakçılarına məlumat verib.

Sonra ayrı- ayrılıqda həmin məsələlər haqqında dinləmələr olub.

Məruzə ətrafında çıxış edən Masallı RİHB-nın birinci müavini Məmmədhüseyn Hüseynov son iki il ərzində 10 qanunsuz və kənd təsərrüfatı təyinatlı pay torpağı sahəsində Torpaq Məcəlləsinin tələbləri pozulmaqla 5 faktın qeydə alındığını bildirərək, 2021-ci ildə yaşayış məntəqəsi torpaqlarında qeyri-yaşayış obyektinin tikintisi ilə bağlı 15 fakt, kənd təsərrüfatlı təyinatlı pay torpaq sahəsində özbaşına fərdi yaşayış evlərinin tikintisi ilə 5 fakt müəyyən edildiyini bildirmişdir.

-2022-ci ilin müvafiq dövrü ilə müqayisədə yaşayış məntəqəsi torpaqlarında qeyri-yaşayış obyektinin tikintisi ilə bağlı 14 fakt, kənd təsərrüfatlı təyinatlı pay torpaq sahəsində özbaşına fərdi yaşayış evlərinin tikintisi ilə əlaqədar 8 fakt, Dövlət Ehtiyat Fond torpaqlarında isə qanunsuz 3 yaşayış evi tikilmişdir. Qanunsuz tikililər Şıxlarda, Kolatanda, Mahmudavarda, Xırmandalıda, Qodmanda, Kəlbəhüseynlidə, Alışanlıda, Bədəlanda, Sığdaşda, Kubində, Qızılavar və Təzəkənddə qeydə alınmışdır. Kolatan, Mahmudavar, Göyəçöl, Bədəlan, Təzə Alvadı və Banbaşı inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri zəruri məlumatları RİH-in müvaviq şöbələrinə vaxtında bildirdikləri halda, Təzəkənd, Şıxlar, Qızılavar, Kəlbəhüseynli və Sığdaş inzibati ərazi dairəsi nümayəndəlikləri bu işə biganə yanaşmışlar, — deyə M.Hüseynov müşavirə iştirakçılarına bildirmişdir.

Rəqəmsal İcra Hakimiyyəti portalına olunan 1000-ə yaxın müraciətin 57 faizdən çoxunun məhz Masallıda aparıldığını diqqətə çatdıran, qazanılan uğurlardan, tikinti-abadlıq işlərindən, təhsildən, kadr ehtiyatından, yay mövsümündə kənd təsərrüfatı işlərinin mühüm sahələrindən və bu işə məsul olan rəhbər işçilərin məsuliyyətindən danışan Masallı Rayon İcra Hakimiyyəti başçısı Şahin Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu məsul və təxirəsalınmaz vəzifələrin bundan sonra da vaxtında, ləyaqətlə, alnıaçıq, üzüağ yerinə yetirəcəyini bildirmiş və müşavirəni yekunlaşdırmışdır.

Keçidlər