Masallıda “Müstəqilliyimiz əbədidir” başlığı altında dəyirmi masa
Masallı Tarix -Diyarşünaslıq Muzeyində Müstəqilliyin Bərpası Günü ilə bağlı olaraq “Müstəqilliyimiz əbədidir” başlığı altında dəyirmi masa keçirilib. Tədbirdə muzeyin və Masallı Dövlət Rəsm Qalereyasının əməkdaşları,mədəniyyət işçiləri iştirak ediblər.
İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Əntiqə Tağıyeva çıxışı zamanı Müstəqilliyin Bərpasının 30 ili müddətində əldə etdiyimiz nailiyyətlərdən danışaraq keçmişimizdən ibrət götürüb bu gün və gələcəyimiz naminə səylərimizi əsirgəməməyi tövsiyə etdi. Ə. Tağıyeva Heydər Əliyevin Azərbaycanı Müstəqil Respublika kimi yenidən bərpa edib, yaşatmağa göstərdiyi böyük layihələrdən də danışdı.
Sonra çıxışçılar Dilgüşə Məmmədova və Təhmasib Məcidov müstəqilliyimizin Heydər Əliyev siyasəti və uzaqgörənliyi sayəsində yenidən bərpa edilərək öz hüquqi əsasını tapmış olduğunu, bugünkü gündə isə İlham Əliyevin tərəfindən uğurla davam etdirildiyini xüsusi qeyd etmiş oldular.