Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilir

28 iyun 2022 | 17:52

Masallının ərazilərində müxtəlif növ ağac və bəzək kollarına məqsədyönlü aqrotexniki xidmətlər göstərilir. Belə ki, yay mövsümü ilə əlaqədar rayonun bağçılıq təsərrüfatlarında və yaşıllaşdırma sahələrində mövsümü işlər geniş vüsət alıb və hazırda bu iş davam etdirilir. 

Yay mövsümü ilə əlaqədar yaşıllıq sahələrində ağacların diblərinin boşaldılması, suvarılması işləri və gübrələrlə təmin edilməsi, həmçinin yaşıllıq sahələrində bərpa işlərinin aparılması istiqamətində zəruri tədbirlər görülür. Bu işlər Xırmandalı ərazi nümayəndəliyində də yaxşı təşkil edilib. Su maşınla daşınır, ağacların ətrafında dayandırılır, hissə-hissə suvarılır. Masallı RİHB-nın Xırmandalı Ərazi Dairəsi üzrə nümayəndəsi Məhəmməd Yusifovun redaksiyamıza verdiyi məlumatda bildirilir ki, ağaclar mütəmadi suvarılır. Əlavə olaraq quruyan ağacların yenisi ilə əvəz edilməsi işləri davam etdirilir.  Bu işdə kəndin fəalları başqalarına nümunədirlər.

Əkilən ağaclara yay mövsümi işlərinin aqrotexniki qaydalara uyğun və keyfiyyətlə yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Keçidlər