Masallıda "Narkomaniya və erkən nikahlara yox deyək" mövzusunda görüş
29 oktyabr 2024 | 17:47
Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Şərəfə kənd tam orta məktəbində "Narkomaniya və erkən nikahlara yox deyək" mövzusunda görüş keçirilib.
Tədbirdə Masallı rayon Polis şöbəsinin rəisi Azay Ağayev, rəis müavini İxtiyar Talıbov, Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, Masallı rayon Təhsil sektorunun müdiri Elman Rzayev və məktəbin pedaqoji kollektivi iştirak etmişdir.
Görüşdə çıxış edən Masallı RPŞ-nin rəisi, polis polkovniki Azay Ağayev bilidirib ki, tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək, onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir.
Tədbirdə həmçinin, ali təhsil müəssisələrinə hazırlaşan, daxili işlər orqanlarında xidmət etmək istəyində olan abituriyentlərə DİN-in Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumat verilib.