Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda kollec tələbələri ilə görüş

19 oktyabr 2023 | 18:52

Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda Masallı Dövlət Regional Kollecin tələbələri ilə maarifləndirici görüş keçirilib.

Masallı Gənclər Evində baş tutan tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının apardığı barışmaz və qətiyyətli tədbirlərlə bağlı görüş iştirakçılarına məlumat verib.

Qeyd olunub ki, narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə təkcə dövlətin və hüquq-mühafizə orqanlarının deyil, cəmiyyətin və onun hər bir fərdinin qarşısında duran ən vacib məsələlərdəndir.

Görüşdə həmçinin erkən nikahların fəsadlarından, bu neqativ halın gələcəkdə səbəb ola biləcəyi ağır nəticələrdən, cəmiyyətə neqativ təsirlərindən söz açılıb.

Sonra digər aidiyyəti qurumların nümayəndələrinin çıxışları dinlənilib, müzakirə olunan mövzularla bağlı videoçarx izlənilib və tədbir iştirakçılarının sualları cavablandırılıb.

Keçidlər