Masallıda "Narkomaniya və erkən nikahlara yox deyək" və “Polis Akademiyasında təhsilə təşviq edilməsi” mövzularında görüş
Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Bədəlan kənd tam orta məktəbində "Narkomaniya və erkən nikahlara yox deyək" və “Polis Akademiyasında təhsilə təşviq edilməsi” mövzularında maarifləndirici görüş keçirilib.
Tədbirdə Masallı rayon Polis şöbəsinin rəisi Azay Ağayev, rəis müavini İxtiyar Talıbov, Masallı rayon İcra Hakimiyyəti Başçısının Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətanət Paşayeva, Masallı rayon Təhsil sektorunun müdiri Elman Rzayev, sektorun metodisti Hörmət Balakişiyev və məktəbin kollektivi iştirak etmişdir.
Görüşdə çıxış edən Masallı RPŞ-nin rəisi, polis polkovniki Azay Ağayev və Masallı rayon Təhsil sektorunun metodisti Hörmət Balakişiyev bilidirmişlər ki, tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək, onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir.
Tədbirdə həmçinin, ali təhsil müəssisələrinə hazırlaşan, daxili işlər orqanlarında xidmət etmək istəyində olan abituriyentlərə DİN-in Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumat verilib.