Masallıda “Narkomaniya və insan alverinin fəsadları” mövzusunda maarifləndirici tədbir
Noyabrın 23-də Masallı Dövlət Regional Kollecin və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Narkomaniya və insan alverinin fəsadları” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK)Masallı Rayon Şöbəsi və Masallı Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına çatmayanların işləri üzrə nümayəndələri, kollecin tələbələri və gənclər iştirak etdi.
İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Masallı Dövlət Regional Kollecin direktor müavini Dilarə Hüseynova tədbirin keçirilmə məqsədi və mahiyyətindən danışdı.
Sonra muzeyin direktoru Əntiqə Tağıyeva, Masallı Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə baş inspektoru Samid Əliyev, DQİDK-nin Masallı Bölgəsi üzrə şöbənin müdiri Elvin Hüseynli yeniyetmə və gənclərə zərərli informasiyalar, insan alveri, məcburi əmək, narkotik vasitələr, psixotrop maddələr, onların prekursorlarının qanunsuz dövriyyəsi və bu kimi pis vərdişlərin cəmiyyətimizdə yaratdığı mənfi təsirlərdən geniş danışdılar. Natiqlər sonu faciə ilə nəticələnən bəlalardan yeniyetmə və gənclərimizi yayındırmaq, qorumaq məqsədilə pis vərdişlərə qarşı cəmiyyətdə ictimai dözümlülük mühütünün yaradılması vacibliyini xüsusi qeyd etdilər. Onlar gənclərə nəyi necə etməyin ,hər bir gəncin həyatı və sağlamlığı dövlətimiz, cəmiyyətimiz üçün “sağlam sabah ,sağlam gələcək” demək olduğunu söylədilər.
Təbdirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş olunaraq, gəncləri narahat edən məsələlərlə bağlı verdikləri suallar müvafiq şəkildə təşkilatçılar tərəfindən cavablandırıldı.