Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Naxış - naxış gözəlliklər” başlığı altında tədbir

01 sentyabr 2022 | 16:10

Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM)Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə xalq tətbiqi sənətin inkişafı və Gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı növbəti səyyar tədbir “Naxış - naxış gözəlliklər” başlığı altında keçirilib.

Keçirilən səyyar tədbirlər zamanı Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva tədbir iştirakçılarına misgərlik və xalçaçılıq sənətinin tarixindən geniş məlumat verib.

Tədbir iştirakçıları Masallı şəhər sakini xalçaçı sənətkar Tünzalə Abuzərovanın ev emalatxanasında olublar. Sənətkar xalqımızın qədim sənət nümünələrindən  biri olan xalça sənətinin incəliklərindən və  bu işin icra prosesinin maraqlı mərhələlərindən gənclərə əyani olaraq məlumat verib. Gənclər xalça sənətinin valehedici iş prosesi ilə tanış olduqdan sonra dəzgah arxasında özlərini sınayıblar.

Növbəti səyyar tədbir Boradigah qəsəbəsində gənclərin iştirakı ilə davam edib.

Gənclər misgər Taleh Ağayevlə emalatxanada tanış olublar. Gənclər misgər sənətkarın mis qabları necə qalay etdiyini və eyni zamanda mis qab  üzərində döymə üsulu ilə vurduğu zərif naxışların işlənməsi prosesini canlı müşahidə ediblər.

 Hər iki sənətkar gənclərə bölgəmizin qədim sənatkarlıq növləri ilə tanış olmağı və bu peşəyə yiyələnməsini tövsiyyə ediblər.

Keçidlər