Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Nə? Harada? Nə zaman?” intellektual yarışının qalibləri müəyyənləşib

25 may 2023 | 18:01

25 may 2023-cü il tarixdə  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual yarışının final mərhələsi keçirilib. 

        Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının, Masallı Rayon Gənclər və İdman İdarəsinin, “Masallı Gənclər Evi” Sosial Xidmət Müəssisəsinın, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə gerçəkləşən bilik yarışmasında məktəblilər “Heydər Əliyev kuboku” uğrunda mübarizə aparıblar. 

       Yarışların final mərhələsində “Dəfinə” məktəb liseyinin, Ərkivan qəsəbə 2 saylı tam orta məktəbinin, Göyəçöl, Sığıncaq, Tüklə, Xırmandalı, Yeyənkənd və Bədəlan kənd tam orta məktəblərinin X-XI sinif şagirdləri biliklərini sınayıblar.  

     İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Tədbirin mükafatlandırma mərasimində Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov və başqaları Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələlərində öz xalqına sıx bağlı olduğunu vurğulayıb, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsinin, eləcə də gənclərin Ulu Öndər irsinin mənimsənməsində bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.

       Qeyd edək ki, Mükafatlandırılma mərasimində Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra Hakimiyyətinin əməkdaşları Abbas Abbaszadə və Nuranə Muradova,  Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, “Masallı Gənclər Evi” Sosial Xidmət Müəssisəsinın direktoru Fuad Mənsimov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmov, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva ,Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli , Masallı Dövlət Kollecinin müəllimi Dilarə Hüseynova , Yeni Həyat qəzetinin əməkdaşı Akif Ağayevvə  Masallı Xəbərləri MİP-nın  rəhbəri Rauf Cəbiyev iştrak etmişlər.

    Tədbirdə Masallı rayon İncəsənət məktəbinin şagirdləri  musiqi nömrələri ilə çıxış edib. 

   Yarışların yekun nəticələrinə əsasən Bədəlan kənd tam orta məktəbinin komandası birinci, Göyəçöl kənd tam orta məktəbinin komandası ikinci, Sığıncaq kənd tam orta məktəbinin komandası üçüncü dərəcəli, Ərkivan qəsəbə 2 saylı kənd tam orta məktəbinin komandası isə fərqlənmə diplomlarına layiq görülüblər.

   İntellektual bilik yarışının qalibləri  təşkilat komitəsi tərəfindən diplom ,kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb

Bədəlan məktəbliləri “Heydər Əliyev kuboku”na sahib olublar.

Keçidlər