Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Novruz şənliyində çıxış edən sənətçilərlə görüş keçirilib

19 mart 2026 | 15:42

19 mart 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətində 17 mart tarixində keçirilmiş Novruz bayramı şənliyinin bədii hissəsində çıxış edən tanınmış müğənnilər və musiqiçilərlə rayon rəhbəri cənab Araz Əhmədov görüş keçirmişdir.

Qeyd edək ki, 17 mart 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydanda “Yurdumuza bayramlar qoşa gəlir” adlı geniş və yaddaqalan Novruz şənliyi təşkil olunmuşdur. İri meydanda keçirilən bayram proqramında rayon sakinləri böyük həvəslə iştirak etmiş, milli adət-ənənələrimizi əks etdirən səhnəciklər, rəqslər və musiqi nömrələri nümayiş etdirilmişdir.

Tədbirin bədii hissəsində tanınmış müğənnilər və musiqiçilər çıxış edərək iştirakçılara xoş ovqat bəxş etmiş, bayram əhval-ruhiyyəsini daha da yüksəltmişlər. Səsləndirilən xalq və müasir musiqi nümunələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Bu gün keçirilən görüş zamanı cənab Araz Əhmədov sənətçilərin çıxışlarını yüksək qiymətləndirmiş, onların bayram tədbirinə verdikləri töhfəni xüsusi vurğulayaraq təşəkkürünü bildirmişdir.

Görüşdə iştirak edən Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayonu üzrə nümayəndəsi Salman Yunusov və sənətçilər də öz növbəsində göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmiş, belə tədbirlərin təşkilinə görə təşəkkürlərini bildirmişlər.

Sənətçilərə xatirə hədiyyələri təqdim olunmuş, səmimi fikir mübadiləsi aparılmışdır.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkilmiş, görüş xoş təəssüratlarla başa çatmışdır.

Keçidlər